Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və çıxarılması qaydaları təsdiqləndi

Nazirlər Kabineti "Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası”nı təsdiq edib.
2.1. Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi meyarları aşağıdakılardır:
2.1.1. rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhalinin ölüm faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;
2.1.2. rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhali arasında əlillik faizi yüksək olan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;
2.1.3. rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində sayında davamlı artım müşahidə olunan xəstəliklər və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlər;
2.1.4. tibbi xidmətlərin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində həmin tibbi xidmətlərə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;
2.1.5. müayinə və ya müalicə üsullarının sübutlu təbabət prinsiplərinə uyğunluğu;
2.2. Tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:
2.2.1. müayinə və ya müalicə üsullarının tibbi və iqtisadi səmərəsizliyi;
2.2.2. xəstəliklərin müayinəsində və müalicəsində yeni və səmərəli üsulların tətbiqi.
3. Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması qaydası
3.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu Qaydanın 2-ci hissəsində qeyd olunan meyarlara uyğunluğu baxımından tibbi xidmətlər 5 (beş) ildə bir dəfədən az olmayaraq təhlil olunur və əsaslandırılmış təklif təqdim olunması barədə qərar verilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























