• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni əsgərdən etiraf: “Ən çox itkilərimiz Cəbrayılda oldu”

Erməni əsgərdən etiraf: “Ən çox itkilərimiz Cəbrayılda oldu”
05.12.2020 09:35
Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu qarşısında necə aciz qaldıqlarını etiraf edib.


"Report”un məlumatına görə, "Sputnik Armenia” saytına müsahibə verən 20 yaşlı Seyran Soqoyan əsgəri xidməti zamanı tank bölməsinə təyin olunub.


Onun sözlərinə görə, erməni əsgərlər ən çox Azərbaycanın Cəbrayıl rayonu ərazisində məhv edilib:


"5 oktyabr tarixində həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən həqiqətən çox itkilərimiz oldu. PUA-lar bir neçə tankımızı vurdu. Daha iki əsgərin yaralandığını gördüm, onları maşına apardım. Bir az sonra, ən yaxın dostum qucağımda öldü. Digər əsgər tankın üstünə çıxanda ona güllə dəydi. Güllə onun onurğa və ağciyərlərini deşdi, boğazından qan axdı. Tankın içərisinə düşdü”.


O, Ermənistan ordusuna məxsus hərbi texnikaların nasaz olduğunu da etiraf edib:


"Döyüş zamanı Azərbaycan ordusuna məxsus tankı nişan aldım, amma atəş aça bilmədim. Tank xarab olmuşdu. Eyni zamanda 10 tanka nəzarət etməyə məcbur idim. Bunlara baxmayaraq güclü hücum qarşısında geri çəkilməyə məcbur olduq”.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol