• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni deputları Bakıda

Erməni deputları Bakıda
15.06.2014 16:30

NATO-nun “Rose Roth” seminarında iştirak etmək üçün Ermənistandan üç nəfərlik nümayəndə heyəti bu gecə Bakıya gəlib. 

NATO Parlament Assambleyasının “Rose Roth” seminarı Bakıda iyunun 16-dan 18-dək keçiriləcək. Ermənistan nümayəndə heyətinin tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxildir. Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edir.

“Cənubi Qafqaz. Çağırışlar və imkanlar” mövzusunda keçirilən konfransda Ermənistan nümayəndə heyətinin iştrakı məsələsi son ana qədər dəqiqləşməmişdi. Azərbaycan tərəfi nümayəndə heyətinin təhlükəsizliyinə təminat verməyə hazır olduğunu ifadə etsə də erməni tərəfi bildirdi ki. təhlükəsizlik təminatı olmadığından seminarda iştirak etməyə bilərlər.

Lakin daha sonra nümayəndə heyətinin təhlükəsizlik təminatı aldığı məlum oldu.

Tevan Poqosyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, seminarda müxtəlif mövzular, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Poqosyan deyib ki, erməni nümayəndə heyətinin üzvü olaraq susmaq niyyətində deyil və Ermənistanın mövqeyini seminar iştirakçılarına çatdıracaq.

“Bütün mövzular üzrə biz öz mövqeyimizi çatdıracağıq və imkan verməyəcəyik ki, bu seminar birtərəfli olaraq Azərbaycanın piarına çevrilsin” - deyə deputat bildirib.

Poqosyan təsdiq edib ki,  seminara dəvət edən tərəf-NATO Parlament Assambleyası Azərbaycan hakimiyyətindən erməni nümayəndə heyətinin təhlükəsizliyinə təminat alıb. Belə təminatla Azərbaycan parlamenti çıxış edib.

Poqosyanın bildirdiyinə görə, NATO təhlükəsizlik təminatı almaq üçün Azərbaycanla “fəal işləyib”.

R.Kirakosyan isə deyib ki, seminarda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair məruzə ilə çıxış edəcək. Azərbaycan tərəfdən isə belə məruzə ilə xarici işlər nazirinin müavini Araz Əzimov çıxış etməyə hazırlaşır.

Kirakosyan Bakıdakı seminarda iştirak zamanı “Azərbaycanın ermənilərə münasibətini nəzərə alaraq”  öz təhlükəsizliyindən narahat olacağını deyib.

“Lakin mən əlavə etməliyəm ki, NATO Parlament Assambleyası erməni nümayəndə heyətininin təhlükəsizliyinin təminatı üçün hər cür tədbir görüləcəyinə bizi  əmin edir. Seminara ev sahibliyi edən tərəfdən bütün iştirakçıların təhlükəsizliyinə təminat almaq Assambleyanın vəzifəsidir” - deyə Kirakosyan bildirib.

Onun sözlərinə görə, erməni nümayəndə heyəti Bakıdan iyunun 19-da qayıdacaq.

Virtual.org

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol