Ermənistanın Qarabağda itkiləri və “Tüfənkian fondunun” sınıq çaxmağı

Tüfənkian Fondunun layihələri və Ermənistanın itkiləri
Tüfenkian Fondu 1999-cu ildə Ermənistanın üzləşdiyi ən ağır kultural, sosial, iqtisadi və çevrə dəyişikliklərini öyrənmək məqsədilə yaradılıb. Onun qurucusu Ceyms Tüfenkian öncə Nepalda, daha sonra isə Ermənistanda sosial ədaləti təşviq etmək üçün öz biznes təşəbbüslərindən istifadə edirdi. Lakin tezliklə Ermənistanın rifahının qarşısını alan kompleks və uzunmüddətli məsələlərin sadəcə bazar qüvvələri (mexanzmləri) tərəfindən həll edilə bilməyəcəyi aşkar oldu. İki onilliyə yaxındır ki, Fond Erməni cəmiyyətnin müxtəlif təbəqələrində meydana çıxan dəyişiklikəri yaradan layihələrə öncülük etməklə yanaşı, uzunmüddətli risklərə qarşı yeni yanaşmalar ortaya çıxarmaqla bu ehtiyacı qarşılamaq üçün çalışır.
1999-cu ildən bəri Fond kasıblıqla mübarizə, təhsilin təşviqi, yaradıcı və sağlam həyat tərzi, ətraf mühitin qorunması, milli və mədəni dəyərlərin yenilənməsi və insan hüquqlarına sayğını gücləndirmək üçün Ermənistanda 90-dan çox layihə reallaşdırıb. Fond həmçinin ermənilərin daha yaxşı sosial və ətraf mühit siyasətinin qurulmasına yardım məqsədilə müxtəlif ictimai təşəbbüslər və vətəndaş aktivliyini təşviq edir.
2003-cü ildə Tüfənkian Fondu öz miqyas və missiyasına Dağlıq Qarabağın (Artsax) "azad edilmiş” sərhəd ərazilərini də daxil edib. Müharibə vəziyyətində olan bu ərazilər Ermənistan və Artsax arasında körpü rolunu oynamaqla yanaşı ermənilərin rifah, təhlükəsizlik və əmin-amanlığı üçün strateji əhəmiyyətə malikdir. Maddi və davamlı nəticələr ortaya çıxaran bir sıra layihələr ilə Fondun məqsədi Artsaxın "azad edilmiş əraziləri”ni yenidən qurmaq, canlandırmaq və məskunlaşdırmaqdır. Onların təşəbbüslərinə infrastruktrun inkişafı, təhsil, kiçikmiqyaslı kənd təsərrüfatı layihələri, aktiv yenidən məskunlaşdırma, yaralı əsgərlərin evlə təminatı və yaşam – maddi həyat imkanları daxildir.
Bununla yanaşı, adıçəkilən Fond 2004-cü ildə yeni Aracamuq kəndini təməldən qurdu. 25 ailə və assosiativ imkanları özündə ehtiva edən kənd Fondun partnyoru – "Artsakh Fund Eastern USA”in supervayzerliyində inkişaf etməyə davam edir.
Tüfənkian Fondunun hazırladığı "2019 Artsax Layihələri” adlı diaqrama diqqət yetirməklə əslində Ermənistanın İkinci Qarabağ Müharibəsindən sonra itirdiklərini daha real şəkildə müşahidə edə bilərik.
Layihələrə daxildir: Hadrutun Metz Tağlar kəndində yaralı əsgər üçün bir ev, Aracamuq kəndinə nar bağı, Qubadlı, Zəngilan və Cəbrayılı ehtiva edən Kaşataq regionunun Yeritsvank kəndində bir nar bağı, Van kəndində xurma bağı, Kovsakanda (Zəngilan) bir futbol meydançasının tikintisi, bir suriya-erməni ailəsi üçün ev, yenidən məskunlaşdırılmış bir ailəyə dəstək, taxıl becərilməsinə dəstək üçün "ağırlıqkörpüsü”, Micnavanda taxıl becərilməsi, eksperimental meyvə bağı, İCARE-nin kredit təchizatı – Klaster Qiymətləndirmə, Laçında arı mumu istehsalı, Tandzutda bir məktəbin yenidən qurulması və yenidən məskunlaşdırılanların ailəsi üçün ev, Kaşataq regionunun Moşataq kəndində bir oyun meydançasının tikintisi, sosial mərkəz, bələdiyyə binası, yenidən məskunlaşdırılan ailə üçün ev, sosial təminat dəstəyi – arı pətəkləri təchizatı. Həmin regionun Haq kəndində arı pətəkləri təchizatı, bir klinika və bələdiyyə binası, məktəb tualetinin yenidən qurulması və yenidən məskunlaşdırılan bir ailə üçün ev, XVI əsrə aid Müqəddəs Stepanos Kilsəsinin bərpası. Kaşataq regionunun şimalında arı pətəklərinnin təchizatı. Şuşada yaralı əsgərlər üçün iki ev, Qədim Məzarlığın Təmizlənməsi və Bərpası. Xankəndidə yaralı əsgər üçün bir ev, Xarici İşlər Nazirliyinin Orduya texniki təchizatının təkmilləşdirilməsi.
Bu layihələr kontekstində, Ermənistanın itkilərini digər bir perspektivdən təhlil edə bilərik.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























