Naxçıvan şəhidlərimizi qarşıladı - Foto

Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.
Müdafiə Nazirliyindən Anews.az-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb. Sonra "Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























