Şəhid ailələrinin “YAŞAT” Fonduna müraciət etmə qaydaları AÇIQLANIB

Şəhid ailələri və yaralalılara dəstək üçün "YAŞAT” Fondu yaradılıb.
Anews.az xəbər verir ki, Şəhid ailələri və yaralalılar elektron qaydada fonda müraciət edə biləcəklər.
Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir.
Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Dövlət Agentliyinin bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır. Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Dövlət Agentliyinin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:
Bu Qaydanın 2.5-ci bəndinə müvafiq ehtiyac istiqaməti;
müraciətin ilkin və ya təkrar olması;
müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;
himayəsində azyaşlı uşağın olması;
ailədə əmək qabiliyyətli şəxslərin sayı;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması;
Müraciətlərə baxılma qaydası və dəstək göstərilməsi müddəti
Dövlət Agentliyi daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və nəticəsi barədə müraciət edən şəxsə bildiriş göndərir.
Şəxsə dəstək göstərilməsi barədə qərar qəbul edildikdən sonra 10 iş günü müddətində maliyyə yardımı müraciət edən şəxsə bank vasitəsilə təqdim olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























