Türkiyə XİN-dən heyət üzvlərindən biri azərbaycanlı olan gəminin girov götürülməsi barədə açıqlama

Türkiyənin Xarici İşlər Nazirliyi Liviyada girov götürülən gəmi ilə bağlı açıqlama verib.
"Bir Türkiyə şirkətinin idarəetməsində olan, türkiyəli heyət üzvlərinin də olduğu Yamayka bayraqlı "Mabrooka” adlı gəminin Liviyanın Marsa Susa şəhəri sahillərində qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən dayandırıldığı, gəmiyə cərimə kəsildiyi və gəminin heyət üzvləri ilə birlikdə zorla saxlanıldığı öyrənilmişdir.
Bu addımı şiddətlə qınayırıq. Gəminin planlaşdırılmış səfərinə yenidən başlamasının təmin edəcək addımlar dərhal atılmalıdır”, - deyə Türkiyə XİN-dən bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























