Ceyhun Bayramov İran Prezidenti ilə görüşdü - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
İrana səfəri çərçivəsində C. Bayramov bu gün xarici işlər naziri Məhəmməd Cavad Zərif, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə də görüşəcək.
-----------
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına rəsmi səfərlə yola düşüb. Anews.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində yüksək səviyyəli İran rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























