• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Azərbaycanla Türkiyə arasında memorandum İMZALANACAQ

Sabah Azərbaycanla Türkiyə arasında memorandum İMZALANACAQ
09.12.2020 15:03
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı "Türkiyə ilə Azərbaycan arasında Media Sahəsində Strateji Əməkdaşlıq Memorandumu” imzalanacaq.


Anews.az xəbər verir ki, bu barədə Türkiyə Rabitə Nazirliyi məlumat yayıb. Bildirilib ki, memoranduma Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın nəzarətində Türkiyənin rabitə naziri, Prezident Administrasiyanın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev imza atacaq.


İki ölkənin mövcud dostluq münasibətlərini gücləndirmək və media sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə Ortaq Media Platforması yaradılacaq.


Platforma çərçivəsində sağlam mətbuat münasibətlərinin formalaşması üçün media sahəsində bilgi, təcrübə, mənbələr paylaşılacaq, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ortaq işlər həyata keçirəcək.


Beynəlxalq aləmdə rast gəlinən dezinformasiyalarla mübarizə və dünya ictimaiyyətini düzgün məlumatlandırmaq üçün birlikdə işləyəcək platforma vasitəsilə televiziya, kino sahələrində ortaq işlər görüləcək.


Həmçinin fərqli media və sektor nümayəndələri ilə ortaqlıqlar qurulacaq, peşə təhsili, mübadilə proqramları təşkil ediləcək, iki ölkənin fikir liderləri arasında əlaqə körpüsü qurulacaq.


Memorandumdan sonra üç ay ərzində Ortaq Media Platformasının həyata keçirilməsi üçün ətraflı hədəfyönlü plan hazırlamaq üçün ortaq işçi komissiya təyin ediləcək.


Azərbaycan-Türkiyə Qarışıq Komissiyası iki ölkədə növbəli olaraq müntəzəm iclaslar keçirəcək. Komissiya platformanın maliyyələşdirilməsi və qrafiki daxil olmaqla ətraflı planı yarandıqdan sonra üç ay ərzində iki ölkənin səlahiyyətlilərinə təqdim edəcək.


Rabitə naziri Fəxrəddin Altun sözügedən memorandum barədə açıqlama verib, Azərbaycanla yeni əməkdaşlığa hazır olduğunu bildirib. 


Ortaq Media Platformasının iki ölkə və xalqları üçün faydalı olmasını diləyən Altun "Prezidentimiz və cənab Əliyevin rəhbərliyi altında bütün dünyaya çox güclü həmrəylik mesajı veririk”,- deyə vurğulayıb.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol