“YAŞAT” Fonduna “Hökumət Ödəniş Portalı” ilə ianə qəbulu imkanı yaradılıb

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış "YAŞAT” Fonduna ediləcək ianələrin Azərbaycan Mərkəzi Bankının operatoru olduğu "Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.
Bu barədə Anews.az-a AMB-dən bildirilib.
Məlumatda həmçinin bildirilir ki, ictimaiyyətin diqqətinə çatdırırıq ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin "Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/yasat) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.
AMB-də açılmış hesabların rekvizitləri barədə məlumatlar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://vxsida.gov.az/az/article/1484) yerləşdirilib.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib