Fələstin İraqdan dəstək istəyib

Fələstin İraqda yaşayan fələstinlilərlə bağlı rəsmi Bağdaddan dəstək istəyib.
Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin başçısı Mahmud Abbas İraq hökumətinə çağırış edib. Çağırışda Fələstin məsələsinin İraq və bütün ərəb dünyasının vicdan məsələsi olduğu qeyd olunur.
İraqda yaşayan fələstin əsilli insanlara qarşı hüquqi baxımdan əcnəbi vətəndaş kimi davranılması qınanıb.
İraq hökumətindən 10 ildən artıq İraqda yaşayan fələstinlilərin İraq vətəndaşları ilə bərabər hüquqlara malik olması ilə bağlı qanun qəbul olunması xahiş olunub.
Eləcə də bu insanların İraqda müvəqqəti olduğu və vətənlərinə mütləq dönəcəkləri vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























