Prezident Azərbaycanda səhralaşmaya qarşı mübarizə ilə bağlı sərəncam imzalayıb

"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda dəyişiklik edilib.
Sərəncama əsasən, Azərbaycanda torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə aparılacaq.
Tədbirlər planına meliorativ vəziyyətinin yaxşılaşdırılması həyata keçirilən suvarılan torpaq sahələrinin xəritələşdirilməsi, məlumat bazasının formalaşdırılması, "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nə (EKTİS) inteqrasiyası, mütəmadi monitorinqinin təşkili, yaxşılaşdırma tədbirlərinin effektivliyinin yoxlanılması və dayanıqlı inkişaf təcrübəsi metodlarının torpaq istifadəçilərinə öyrədilməsi ilə bağlı məsələlər daxil edilib. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı işlər isə "Azmelsutəsərrüfat” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.
Eyni zamanda "Azmelsutəsərrüfat” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərkosmos” ASC-nin icraçılığı ilə mütəmadi olaraq suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, eroziya, bataqlıqlaşma və s.) qarşı mübarizə məqsədilə yaxşılaşdırma tədbirləri həyata keçiriləcək.
Sərəncama əsasən, iqlim dəyişikliyinə həssas, səhralaşma əlamətləri müşahidə olunan riskli ərazilərin müəyyən edilərək məlumat bazası yaradılacaq, xəritələşdiriləcək və EKTİS-ə inteqrasiya ediləcək. Bununla bağlı icraçı qurum kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Azmelsutəsərrüfat” ASC, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyənləşib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























