Azərbaycan XİN: “Roberto Lorettinin məsələsi araşdırılacaq”

İtaliyanın məşhur müğənnisi Roberto Lorettinin Azərbaycanın işğal altındakı torpaqlarında konsert verəcəyi gözlənilir.
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq.
“Biz məsələnin araşdırılması nəticəsində qərar qəbul edəcəyik. Azərbaycan tərəfinin işğal olunmuş ərazilərimizə qanunsuz səfərlərlə bağlı mövqeyi qəti və prinsipialdır. Araşdırmanın nəticəsi olaraq müvafiq qərar veriləcək”.
Qeyd edək ki, İtaliyanın dünya şöhrətli vokal ifaçısı Roberto Lorettinin Xankəndində verəcəyi konsertin iyunun 19-da reallaşacağı bildirilir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























