Azərbaycan və Pakistan XİN arasında siyasi məsləhətləşmə aparılıb

Bu gün Azərbaycan və Pakistanın Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında ikinci siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən Anews.az-a bildirilib ki, Azərbaycanın xarici İşlər Nazirinin müavini Ramiz Həsənov və Pakistan xarici işlər katibi Soheyl Mahmudun iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.
Görüşdə tərəflər Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bir sıra təkliflər irəli sürüblər.
Tərəflər həmçinin iki ölkə arasında yüksək siyasi dialoqun davam etdirilməsinin vacibliyini, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin daha da inkişaf etdirilməsinin, hüquq müqavilə bazasının möhkəmləndirilməsi istiqamətində işin aparılmasının vacibliyini qeyd ediblər.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























