Ukraynadan Ermənistana MƏHDUDİYYƏT

Ukrayna Səhiyyə Nazirliyi Ermənistanı "qırmızı” siyahıya salıb.
Anews.az xəbər verir ki, bu barədə "NEWS.am”a Ermənistanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Ötən həftə Ukraynada koronavirusun yayılması göstəricisinə görə müsbət dinamika Ermənistandakından daha yüksək idi.
Ermənistandan Ukraynaya gələn bütün sərnişinlər koronavirusla bağlı mənfi test nəticəsinə malik olmalı və ya Ukraynada 14 günlük özünü təcridetmə rejimindən keçməlidir. Özünü təcridetmə rejimindən çıxmaq üçün testi Ukraynada da vermək olar”, - məlumatda qeyd olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























