ABŞ Rusiyanı düşmən adlandırıb

ABŞ Dövlət katibi Mayk Pompeo, Rusiyanın Amerikanın düşmənləri siyahısında olduğunu açıqlayıb.
Anews.az xəbər verir ki, Pompe bu barədə Mark Levinin radio şousuna verdiyi müsahibədə bildirib.
"İnsanlar məndən düşmənimizin kim olduğunu soruşurlar və cavab belədir: həyat tərzimizi, respublikamızı, əsas demokratik prinsiplərimizi pozmaq istəyənlər çoxdur. Rusiya bu siyahıda mütləq yer alır",-deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ rəsmiləri adətən Rusiyanı düşmən deyil, rəqib adlandırırlar. Bununla yanaşı Mayk Pompeo bu həftənin əvvəlində Vaşinqtonun Moskvaya qarşı münasibətini qiymətləndirərkən "real problem" ifadəsini işlədib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























