• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: ‘Keçmişimizi ticarət köşklərindən almalı deyilik’

Zahid Oruc: ‘Keçmişimizi ticarət köşklərindən almalı deyilik’
22.12.2020 11:39
Bu ilin martın 5-də Tovuz rayonuna səfəri zamanı ölkə prezidenti Tarix- diyarşünasılıq muzeyini ziyarət edərkən divardan asılmış xəritəyə iradını bildirərək demişdi: "Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın..Özü də uşaq otağıdır. Onlar gəlib soruşacaq ki,  hanı mənim qədim şəhərlərim?Əvəzində orada Urartunu görürük”.

Eyni səhnə ölkə başçısının Tərtərdə Dövlət rəmzləri muzeyində olarkən də təkrarlanmışdı.Prezident orada dedi ki, gərək tarixi yerlərimiz öz adları ilə əks olunsun:”Sisyanın əsl adı Qarakilsədir..bunu pozun və Qarakilsə yazın”. Göründüyü kimi,tarixi-mədəni-elmi irsimizi təkcə ermənilərin hücumundan deyil, ilk növbədə özümüzün səhv və yanlışlarımızdan qorumalıyıq. Oxşar mənzərə prezidentin İrəvanla baglı açıqlamalarına bizim bir çox alimlərimizin və siyasətçilərin reaksiyasında da özünü göstərirdi.Lakin indi biz qalib millətik və yeni tarix də gözümüzün qabağında yazılır.
 
Bir vaxtlar çarizm və ondan sonrakı sovet dövründə öz milli keçmişimizi düzgün yazmağa icazə verilmədiyini deyirdik.Bəs indi bizə kim mane olur? Dövlət başçısı Tarix İnstitutuna, Mədəniyyət nazirliyinə, Elmlər Akademiyasına, elə hamımıza tarix dərsi keçir, rayonlarda icra hakimiyyəti başçılarına Vətənin hər qarşının doğru tarixini bilməyi, onu dövlət divarından asarkən yaxşı-yaxşı öyrənməyi və gələcək nəsillərə ötürməli olduqlarını xatırladır.Vaxtilə Heydər Əliyev xarici diplomatik görüşlərdə hərbi-iqtisadi-siyasi gücümüzlə bərabər, xəritələri silaha çevirir, dünya siyasətçilərinə Tarixin dərslərini xatırladırdı. Lakin problemin kökü bizim tarix siyasətindədr.
 
Təəssüflər olsun, müstəqillikdən keçən 30 ilə yaxın müddətdə biz tariximizə hərətərfli və obyektiv baxışı, dünya elminin qəbul etdiyi sistemli yanaşma metodu ilə onun yazılmasını təmin edə bilməmişik.Başa düşməliyik ki, Tariximiz ideologiyaların və siyasətin qurbanına çevrilə bilməz.Onu müxtəlif imperiyaların bir parçası kimi görməklə "xronoloji-təsvirçi-təhkiyəçi" "konsepsiyası” ilə dövlətçilik tariximizə kompleks baxışı deyil, əksinə, epizodik/ fraqmentar münasibətlə "Ana Vətən”dən- Ata Yurdu” səviyyəsinə qədər kiçiltmişik.
 
Halbuki Tarix siyasəti və elmi, İnstitutu, alimlərimiz müharibənin ön cəbhəsində olmalıdır. Ona görə də təklif edirik ki, ölkə rəhbəri yanında xüsusi Tarix Komissiyası yaradılsın! Biz keçmişimizi gedib ticarət köşklərindən almalı deyilik. Azərbaycan tarixinin ən mühüm səlnamələrinin qorunub saxlandığı Rusiya arxivləri, eləcə də İran, Gürcüstan, Fransa, Britaniya, həmçinin ABŞ-a hissə-hissə səpələnmiş tariximizin vahid bir binaya-ölkəmizə gətirilməsi düzgün Milli Tarix Kitabımızın yazılması üçün müvafiq dövlət proqramı qəbul edilsin. Bu torpaqlarımızın azad olunması qədər vacib olan vəzifədir.Çünki tarixi dünənini düzgün öyrənmək, mifologiyalardan və ilgımlardan azad olaraq, daha gerçək milli hədəflər ugrunda mübarizə aparmaq deməkdir. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol