Xorvatiyanın dövlət başçısı İlham Əliyevi təbrik edib

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Anews.az xəbər verir ki, məktubda deyilir:
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulamaqdan şərəf duyuram.
Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizin vətəndaşlarının rifahı üçün qarşılıqlı maraq doğuran hər bir sahədə dostluq münasibətlərinin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyimizə ümidvaram.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























