Xəstəxanalardakı dərmanları ələ keçirib baha qiymətə satırlar - Deputatdan sərt çıxış

"Biz ilk dəfədir torpaq bütövlüyüz şəraitində, 2021-ci ilə aid qalib millətin və dövlətin büdcə sənədini qəbul edirik.Təklif edirəm ki, bu ali maliyyə sənədində Xankəndi, Xocavəndi, Xocalı və Ağdərənin də adı ayrıca sətirlə sənəddə göstərilsin. Bəli, həmin maddələrin işləməsi müəyyən zaman alacaq, lakin biz iqtisadi sənədlərimizdə artıq keçmişdə mövcud olan yarımçıqlığı, qeyd şərtlər qoymağı aradan qaldıra bilərik!”
Bu sözləri MM-in iclasında Millət vəkili Zahid Oruc bildirib.
O deyib ki, büdcə layihəsində Vətən Müharibəsi Şəhidlərin uşaqları üçün müavinət xərclərində 19% artım nəzərdə tutulur. Şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə iştirakçılarının sosial-psixoloji və Postmüharibə sindromu adlanan problemləri həll etmək üçün Xüsusi Mərkəzlərin yaradılmasını və onun maliyyələşdirməsi lazımdır. Çünki 21-ci əsrin müharibəsi adlandırdığımız son savaşın itkiləri də bir çox xüsusiyyətləinə görə əvvəlki müharibəlrdən fərqlənir. Düşünürük ki, 20 yanvar və Şəhidlərin anım günü ilə baglı son qərar-27 sentyabr qərarını bütün müstəqllik dövrümüzün, hətta Cümhurriyyət şəhidlərini əhatə etdiyini nəzərə alaraq, vahid anım günü kimi onu bəyan etmək olar. Şəhid adının əbədiləşdirilməsi ilə bağlı 1994-cü ildən sonra qoyulan məhdudiyyət aradan qalxmalı, qaydaların sadələşdirilməsi və onlara güzəştlər vacibdir. Ümidvarıq ki, YAŞAT fondunun sayəsində şəhid ailələrinin ev, nəqliyyat vasitəsi və dövlət tədbirlərində ön cərgələrində yer verilməsi vahid bir protokol qaydası kimi qəbul ediləcəkdir”.
"Biz ötən həftə əmantələrin sıgortalanması ilə bağlı qanuna baxıb vətəndaşların banklara etibarını artırmaq üçün sıgorta olunan məbləğləri artırdıq. Bu yaxşı tədbirdir. Lakin bütün əmanətlərin 3.4 mlrd. manatı və ya 44%-i 100 000 manatdan yuxarı əmanət hesablarındadır. Bu hesablar bütün əmanət hesablarının təxminən 1%-dir. Əmanətlərin qalan 56%-i (4.4 mlrd. manat) və ya bütün əmanət hesablarının 99%-i isə 100 000 manatdan aşağı məbləğlərdir. Bu gəlirlərin qeyri-bərabər bölgüsünün göstəricisidir və hələ də orta təbəqənin formalaşdırlma bilməməsinin göstəricisidr. Hökumət əsas siyasəti bu fərqləri aradan qaldırmaqdır.
5.İcra hakimiyyəti sistemində hökm sürən özbaşınalıq, rüşvət və korrupsiyanın sistemli bir formada aparılması ən ciddi problemlər sırasındadır. Biz Sosial tədqiqat Mərkəzi xətii ilə aparılna sorğularda bunu çox kəskin şəkildə hiss edirik. 7 rayonun icra hakimiyyətinin rəhbərinin həbsi böyük hüquqi, siyasi, iqtisadi və eləcə də mənəvi baxımından dövlət-hökumət qarşısında ciddi çağırışdır-İcra hakimiyyəti sistemində köklü dəyişiklirərə ehtiyac var. 7 rayon əhalisi 600 mindən artıqdır... 100 minlərlə əmək ehtiyatı və iqtisadi potensial var... Nə üçün olmalıdır...”
O açıqlayıb ki, səhiyyə xərcləri 1.4 milyard manat müəyyənləşib. Bu yaxşıdır-pisdir, o ətrafda diskussiya aparmaq olar, lakin bildiyiniz kimi, COVİD-19 gənc insanlara-təkcə aşağı gəlirli insanlara deyil, orta təbəqəyə, imkanlı adamlara, hakimlərə, icra başçısına, tanınmış vəkilə, həkimlərə, bir sözlə hər təbəqədən olan insanlara rəhm etmir.
"Ali Baş Komandan öz silahlı və ya silahsız ordusu ilə bütün cəbhələrdə vuruşur, qoy o adamlar da, Prezidentin siyasi qətiyyətinə, misilsiz zəhmətinə və qarşılarına qoyduğu vəzifələrə layiq olsunlar! Prezident qəhrəman şəhidi üçün ayaga qalxır. Bizim hər birimiz Səhiyyə qurumlarını xəstəxanalardan, yaxud elə hərbi səngərdə o cür görmək istəyirik.
Millət vəkili yekunda bildirib ki, Ölkəmizdə hazırda 5 ilədək istismar müddəti ümumi minik avtomobillərindəki payı 4,2%-ə düşüb. 10 ildən çox istismar müddəti olan minik avtomobillərinin xüsusi çəkisi kəskin şəkildə artıb - 77,3%.Əvvəlki illərdə nisbət fərqli olub.Bunu gömrükdə maşın idxalı üçün şərtlər-vergi yükü ilə əlaqəli olduğunu demyə bilrk, eləcə də devalvasiyanın törətdiyi social təsirlərlə baglaya bilərik.Ona görə də gələn il bu şərtlərə yenidən baxılması qətiyyən gəlirləri azaltmayaacq, eləcə də işğaldan azad olunan ərazilər belə nəqliyyat vasitələrinə ehtiyacı təsdiq edəcək:
"Biz 2015 ci ildə qəbul olunmuş Strateji yol xəritəsinin dəyişdirilməsi üçün Şanlı Qələbəmizdən sonar böyük milli çağırışların formalaşdırıldığını deyə bilərik. Ordumuzun daha peşəkar əsaslara keçirilməsi-məsələn Xüsusi təyinatlı Ordu nümunəsində onun sayının və təminatlarının artılmasından tutmuş, iqtisadi, siyasi, sosial şərtlərə yenidən baxılmasına ehtiyac var. Yeni strateji yol xəritəsi qəbul olunmalsı o deməkdir ki, keçmişdə Qarabağ uğrunda aparılna mübarizəyə uydurulmuş ideologiya, xarici siyasət və daxili tədbilərə köklü dəyişikliyə uğrayacaqdır. Yeni imic—qalib ölkənin həyatı və büdcəsi...
Sərhəd xəttimizi-Vətənimizin hüdudlarını yenidən qazanmışıq.Biz gördük ki, Sərhəd uniformalı qüvvələrimiz ordumuzla bərabər səngərdə döyüşürdülər, xilsakarlıqda iştirak ediridlər. Ona görə Sərhəd Sistemində xidmət edənlərin sosial müdafiəsi gücləndirməyə ehtiyac var ki, onlar yenidən qazanılmış 800 kilometrdən artıq əraziləriizi göz bəbəyi kimi qoruya bilsinlər!”
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























