• $
  • €
  • ₽
  • ₺
  • £

68 faiz insan prezidentin icra başçıları və məmurları işdən azad etməsini dəstəkləyir - SORĞU

68 faiz insan prezidentin icra başçıları və məmurları işdən azad etməsini dəstəkləyir - SORĞU
24.12.2020 14:41
Sosial Tədqiqatlar Mərkəzi "Prezidentin fəaliyyəti ictimai rəydə: Vətən müharibəsi və 2020-ci ilin yekunları” adlı rəy sorğusunun nəticələrini açıqlayıb.


Anews.az xəbər verir ki, sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb.


Sorğuda təsadüfi üsulla seçilən 1217 respondent iştirak edib. Seçmədə hər iqtisadi rayon üzrə sorğuya cəlb olunacaq respondentlərin sayı proporsional olaraq müəyyənləşdirilib.


Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub.


Sahə işi 2020-ci ilin 6-13 dekabr tarixlərində aparılıb. Telefon zəngləri saat 10:00-21:00 arasında həyata keçirilib. Sorğunun orta keçirilmə müddəti 23 dəqiqə 17 saniyə olub.


Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib. Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8%, əminlik dərəcəsi 95%-dir.


Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildəki fəaliyyətində ən çox təqdir olunan fəaliyyətləri aşağıdakı kimi sıralanıb:


Respondentlərin 96,4 %-i Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını 2020-ci ildə ölkə başçısının fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndiriblər.


75,2 % respondent ölkə başçısının müharibə veteranları və yaralı hərbçilərlə görüşməsini və işğaldan azad olunmuş torpaqlara səfər etməsini təqdir edib.


2020-ci il ərzində Prezidentin daha çox insan tərəfindən (68,5 %) təqdir olunan digər fəaliyyəti bir sıra icra hakimiyyəti başçılarının, yüksək vəzifəli şəxslərin qanunazidd fəaliyyətinə görə vəzifədən uzaqlaşdırılması olub.


Respondentlərin 65,6 %-i Ali Baş Komandan İlham Əliyevin xalqa daim qələbə müraciətləri etməsini, 62,1 %-i dövlət başçısının xarici KİV-ə müsahibələrini və hücum diplomatiyasını 2020-ci ildəki fəaliyyətləri sırasında təqdir edib.


Prezidentin korrupsiyaya qarşı mübarizəni gücləndirməsi və sərt mövqe göstərməsi 60,2% respondent tərəfindən təqdir olunub.


Prezidentin pandemiyanın mənfi təsirlərini azaltmaq üçün həyata keçirdiyi sosial dəstək siyasəti 60,1 % respondent tərəfindən təqdir olunub. Prezidentin bu fəaliyyətini təqdir edənlərin 27,6 % pandemiya vaxtı gəlirlərin itirilməsi baxımından narahatlığı olmayıb.


Eyni zamanda, rəyi soruşulanların 37,9 %-i belə düşünür ki, pandemiya nəticəsində əhaliyə dəymiş zərər adekvat kompensasiya edilməyib.


Prezident İlham Əliyev tərəfindən pandemiyaya qarşı mübarizənin idarə edilməsində strateji qərarların qəbul edilməsi 58,8 % respondent tərəfindən təqdir edilib.


57,1 % respondent Prezidentin beynəlxalq tədbirlərin təşəbbüskarı olmasını təqdir edib.


2020-ci ildə ölkə başçısının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin ictimailəşdirilməsi 55 % respondent tərəfindən təqdir olunub.


Sorğuda iştirak edənlərin böyük əksəriyyəti (83.3%) 2020-ci ildə ölkə başçısının fəaliyyətində təqdir etmədiyi məqamın olmadığını qeyd edib. Bununla yanaşı, respondentlərin 16,7 %-i, başqa sözlə 203 nəfər 2020-ci ildə Prezidentin fəaliyyətində bir sıra sahələrdə sərt mövqe göstərmədiyi qənaətindədirlər.


Həmin respondentlərin (203 nəfər) 44,7 %-nin qənaətinə görə, korrupsiyaya qarşı mübarizədə dövlət başçısı sərt mövqe göstərilməsini gözlədiklərlərini qeyd edib.. Rəyi soruşulanların 42,1 %-i dövlət başçısı tərəfindən qanunazidd fəaliyyətlərə yol verən bəzi məmurların cəzalandırılmamasını, 13,2 % isə itirilmiş torpaqlarımızın hamısının qaytarılmamasını təqdir etmədiklərini məqam kimi qeyd edib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol