• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident doğum günü təbriklərinə belə cavab verdi - VİDEO

Prezident doğum günü təbriklərinə belə cavab verdi - VİDEO
24.12.2020 20:55
"Doğum günü münasibətilə mənə çoxsaylı təbriklər, məktublar göndərilir. Bütün bu təbrikləri göndərən insanlara təşəkkürümü bildirirəm”.


Anews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev doğum günü təbrikləri ilə əlaqədar Azərbaycan xalqına təşəkkür videosunda deyib.


Birinci Vitse-prezident Mehriban Əliyevanın şəxsi İnstaqram hesabında paylaşdığı videoda dövlət başçısı bildirib:


 Heç vaxt öz doğum günümü qeyd etməmişəm. Həmişə doğum günümdə məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşmüşəm.


Bu il isə doğum günüm ərəfəsində Mehriban xanımla birlikdə işğaldan azad edilmiş torpaqlarda – Zəngilan, Qubadlıda olmuşam. Əgər belə demək mümkündürsə, bu günü əsgərlərlə qeyd etmişəm.


Bu gün də ailə üzvlərimlə birlikdə Bakıdayam. Bu dəfə də heç bir qeydetmə olmayacaq. Heç nəyi qeyd etməyəcəyik. Sadəcə olaraq, özümüz oturub söhbətləşəcəyik, danışacağıq.


2020-ci il başa çatır. Bu il bizim üçün çox uğurlu olub. Tarixi qələbə, zəfər çalmışıq, torpaqlarımı işğalçılardan azad etmişik. Eyni zamanda, kədərli il olubdur: şəhidlər vermişik. Gənc övladlarımız vətən, torpaq uğrunda həlak olub, şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların yaxınlarına Allah səbr versin! Allah bütün yaralı hərbçilərimizə şəfa versin!


Əminəm ki, bundan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan inkişaf, tərəqqi yolu ilə gedəcək. Dağıdılmış şəhər və kəndlərimiz bərpa ediləcək. Gələn ildən böyük quruculuq işləri başlanır.


Əminəm ki, Azərbaycan xalqı bu quruculuq işlərində müharibə dövründə olduğu kimi, birlik, həmrəylik göstərərək öz böyüklüyünü bütün dünyaya bir daha göstərəcəkdir.


Əziz bacı, qardaşlarım! Bir daha təbriklərə görə təşəkkürümü bildirirəm. Sizi qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm.


Qarabağ Azərbaycandır!”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol