• $
  • €
  • ₽
  • ₺
  • £

Haaqa Məhkəməsi Ermənistanın hərbi cinayətləri ilə bağlı məsələni araşdırır

Haaqa Məhkəməsi Ermənistanın hərbi cinayətləri ilə bağlı məsələni araşdırır
25.12.2020 12:06
Milli Məclisin İnsan Hüquqları Komitəsinin müraciəti, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Prokurorluq İdarəsi tərəfindən cavablandırılıb.

Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsi,   Dağlıq Qarabağ və ətraf  rayonlarda Ermənistan ordusu tərəfindən başlanmış hərbi təxribatlara qarşı, genişmiqyası hərbi əməliyyatlarla başlanılan 27 sentyabr tarixindən, dünya ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına Ermənistanın müharibə cinayətləri haqda operativ məlumatlandırmaq məqsədi ilə  dəfələrlə müraciət və bəyanatlar ünvanlamışdır. 

Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması, mülki vətəndaşların həlak olması, çoxsaylı dinc əhalinin yaralanması, minlərlə  evin dağıdılması və əmlaka ziyan vurulması, Ermənistan tərəfindən əsir götürülən Azərbaycanlı əsgərlərlə qeyri-insanı işgəncə faktları və s. haqda  aidiyyətli beynəlxalq təşkilatlara təfərrüatlı, fakt və rəqəmlərə əsaslanan məlumatlar təqdim edilib.

Həmin təşkilatlar sırasında - Beynəlxalq Cinayət Məhkəməsi,   BMT-nin İnsan Haqları Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsinə, Avropa Şurası İnsan Hüquqları Komitəsinə,   Beynəlxalq Qırmızı Xaç Komitəsinə və s.beynəlxalq insan hüquqları təşkilatları yer alıb.
 
Müraciətdə  Ermənistanın müharibə cinayətlərinin Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququn kobudcasına pozulması faktlarla əsaslandırılıb. Hərbi cinayətlərinin beynəlxalq hüquqi əsasda ən ciddi şəkildə araşdırılması  yönündə müvafiq beynəlxalq qurumların bütün səylərini ortaya qoyması tələb edilib. 

Müraciətdə həmçinin, Komitə tərəfindən Azərbaycanda müvafiq strukturların, hüquq-mühafizə orqanlarının Ermənistanın hərbi cinayətləri ilə bağlı əldə etdiyi faktlar, sənədlər və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediləcəyi də ifadə edilib. 

Bu günlərdə,  Mənzil Qərargahı Haaqada yerləşən  Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Prokurorluq İdarəsinin  "Məlumat və Sübutlar  Şöbəsinin” müdiri  Mark Dilon  tərəfindən, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruca cavab məktubu gəlib.

Məktubda cənab Mark Dilon  İnsan Hüquqları Komitəsindən daxil olan sənədin alınmasını təsdiq edərək, onun baxılmaq üçün  BCM Prokurorluq İdarəsinin Kommunkasiya    Reyestrinə daxil edilməsini bildirir.  Sənədə, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun (Əsasnaməsinin) müddəalarına uyğun olaraq, müvafiq qaydada baxılacağı ilə bağlı açıqlama verilir.  Sənədə baxılıb müvafiq qərar çıxarıldığı zaman,  yazılı olaraq qərarla bağlı  İnsan Hüquqları Komitəsinin sədrinin məlumatlandırılacağı da qeyd edilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol