Türkiyədə COVID-19-dan son sutkada 256 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 256 nəfər ölüb.
Anews.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 17 453 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 19 371, ağır xəstə sayı isə 4702 nəfər olub.
F.Qoca bildirib ki, xəstə sayının azalması xəstəxanaların gərgin iş fəaliyyətinin yüngüləşməsinə səbəb olub. Nazir bu müsbət irəliləmənin yaxın günlərdə ölüm sayının azalmasına da təsir edəcəyini deyib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























