• $
  • €
  • ₽
  • ₺
  • £

Akardan Həftara xəbərdarlıq, Azərbaycana dəstək

Akardan Həftara xəbərdarlıq, Azərbaycana dəstək
27.12.2020 18:00
Cinayətkar Xəlifə Həftar və onun tərəfdarları bilməlidirlər ki, türk hərbçilərinə qarşı hər hansı hücum baş verərsə, onlar legitim hərbi məqsədə çevriləcəklər.

Anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Həftarın Türkiyəyə ünvanladığı bəyanatları şərh edərkən deyib.

"Həftar - hərbi cinayətkardır, qatildir. O və onun tərəfdarları bilməlidirlər ki, hər hansı bir türk hərbçisinə hücum edilərsə, legitim hərbi məqsədə çevriləcək. Ağıllarını başlarına yığmağı məsləhət görürəm”, - deyə nazir bildirib.  

Akar Azərbaycan, Liviya və Şimali Kipr kimi dost və qardaş ölkələrin təhlükəsizliyinin təmininə öz töhfəsini vermək üçün Türkiyə Silahlı Qüvvələrinin hər cür səy göstərdiyini xatırladıb. Nazir bildirib ki, Türkiyə ölkələrin, xüsusilə də öz qonşularının siyasi birliyinə və ərazi bütövlüyünə hörmət edir.

"Milli razılıq hökuməti Liviyada BMT tərəfindən tanınan yeganə legitim hökumətdir. Həftar və onun müttəfiqlərinin qanunsuz silahlı birləşmələri Liviyada əsas problem olaraq qalır”, - deyə Akar bildirib.  
Akarın sözlərinə görə, Həftarın hərbi cinayətlərinin ən bariz sübutu Liviyanın Tarhun şəhərində aşkar edilmiş 21 kütləvi məzarlıqdır. "Təəssüf ki, dünya ictimaiyyəti bu cinayətlərin qarşısında susmaqda davam edir”, - deyə Akar bildirib.  

Nazir xatırladıb ki, Türkiyə hərbçiləri iki ölkə arasında imzalanmış müdafiə əməkdaşlığı sazişi çərçivəsində Liviyadadırlar. Akar deyib ki, bu günə qədər üç minə yaxın liviyalı hərbçinin təhsili başa çatıb.
"Türkiyə birliyi, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Liviyanın legitim hökumətini dəstəkləməkdə davam edəcək”, - deyə Akar bildirib.

Nazir, həmçinin Şərqi Aralıq dənizi regionundakı vəziyyətə toxunub: "Türkiyə bütün münaqişələrin mehriban qonşuluq və beynəlxalq hüquq prinsipləri əsasında siyasi yolla həllinə tərəfdardır”.

"Kipr münaqişəsinin həlli üçün Yunanıstan tərəfi inadkar mövqeyindən imtina etməli və Kipr türklərinin hüquqlarını tanımalıdır”, - deyə o bildirib

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol