Sülh məsələsində Rusiyaya etibar etmək olmaz - AÇIQLAMA

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.
Erməni təxribatı ilə bağlı anews.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu məsələdə Rusiyaya etibar etmək olmaz.
"Mən ilk gündən deyirəm ki, bu müharibə tam başa çatmayıb. Sülhməramlı belə olmur. Bölgədə sülh yaratmaqla terorirstləri zərərləşdirməlidir. Rusiya sülhməramlıları isə onları tərkisilah etmək istəmir. Bu halda biz antiterror əməliyyatları davam etdirmək məcburiyyətindəyik. Ən yaxın zamanda türk hərbçiləri bölgəyə gəlməlidir”.
Politoloq onu da bildirib ki, Rusiya Xankəndində 1987-ci il separatçi rejim yarananda hələ ozaman onlara dəstək olmuşdu.
Milli Məclisin siyasi məsələlər üzrə komitəsinin deputatı Fəzail Ağamalı isə hesab edir ki, bu cür hadisələrin baş verməsi ermənilərin Azərbaycanın qələbəsini həzm edə bilməməkdən qaynaqlanır.
"Ali baş komandanın rəəhbərliyi altında biz Ermənistanı darmadağın etdik. Sarsıdıcı zərbələr vurduq. Təbiiki onlar bu halla barışa bilmirlər. Ermənistanda gedən prosesləri izləyən bilir ki, erməni cəmiyyəti və siyasi qüvvələri Azərbaycanın qələbəsini həzm edə bilmir. Bu yaxınlarda cinayətkar rejimin təhlükəsizlik katibi Ermənistanın ictimai tv-də müsahibəsində dedi ki, biz Hadrutu alacayıq torpaqları ələ keçirəcəyik. Dağlıq Arstaq dövlətinin yaradılmasına nail olacayıq. Bu cür bəyanətlə çıxış edən cinayətkar rəsmi şəkildə bunu ictimailəşdirirsə deməli onlar hələ də ağır məğlubiyyətdən nəticə çıxarmayıblar. Nəticədə problemlər yaratmağa çalışacaqlar. Bu artıq Azərbaycanda törədilən ikinci təxribat hadisədir.
"Rusiya sülhməramlıları öz məsuliyyətini anlayıb missilarını doğru şəkildə yerinə yetirməlidirlər. Dağlıq Qarabağda nə qədər silahlı dəstə var tərkisilah etməlidirlər. Bu cür hadisələrin baş verməsinə imkan verməli deyirlər. Təəssüfki sülhməramlı qüvvələr Dağlıq Qarabağda cinayətkar rejimi müdafiə etməkdə, dəstəkləməkdə himayə etməkdə davam edir. Onların üzərinə düşən vəzifəni yerinə yetirməkdən yayınmış olurlar”.
Qeyd edək ki, oxşar hadisə 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və "Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























