İraqdan gətirilən azərbaycanlıların sayı AÇIQLANDI

"İl ərzində xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici ölkələrdə üzləşdiyi çətinliklərin aradan qaldırılması üzrə aparılan fəaliyyət davam etdirilib".
Anews.az bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında öz əksini tapıb.
Qeyd olunub ki, 2020-ci ildə İraq Respublikasından Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyası istiqamətində aparılan təxliyə prosesi nəticəsində İraq həbsxanalarında və uşaq evlərində yaşayan 194 nəfər Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar Azərbaycana qayıtmış və müvafiq reabilitasiyadan sonra yaxınlarının himayəsinə verilib.
Bildirilib ki, bununla yanaşı, COVİD-19 pandemiyası ilə əlaqədar İran, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, ABŞ və digər ölkələrdən Vətənə qayıtmaq arzusunda olan 15000-dən çox Azərbaycan Respublikası vətəndaşının təxliyəsi həyata keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























