Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərib

"Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü doğrultmuş Azərbaycan Respublikası "COVID-19” pandemiyası ilə mübarizə üzrə aparılan beynəlxalq səylərə öz töhfəsini əsirgəməyib. Azərbaycan bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi verib, həmçinin ISESCO və Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA), eləcə də 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərib”.
Anews.az xəbər verir ki, bu barədə 2020-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat buraxılışında məlumat verilib.
Vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırması da təsadüfi deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























