• $
  • €
  • ₽
  • ₺
  • £

NATO Azərbaycan ordusunun təcrübəsini təhlil etmək üçün toplantı keçirdi

NATO Azərbaycan ordusunun təcrübəsini təhlil etmək üçün toplantı keçirdi
29.12.2020 15:43
Azərbaycan ordusunun Ermənistanın işğalı altında olan torpaqları azad etmək üçün Qarabağda apardığı 44 günlük müharibənin təcrübəsini təhlil etmə üçün NATO Berlində fövqəladə və məxfi toplantı keçirib. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, toplantıya Pentaqonun yüksək vəzifəli şəxsləri qorunan internet kanalları üzərindən online qatılıb.

Bildirilir ki, toplantıda NATO ölkələrinin hərbi mütəxəssisləri və planlaşdırıcıları Azərbaycan ordusunun zərbə pilotsuz aparatları və digər dronlarla Ermənistan ordusuna qarşı həyata keçirdiyi həmlələri, həmin həmlələrə dair Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri diqqətlə araşdırıblar. Gizli toplantı ilə bağlı Almaniya Müdafiə Nazirliyindəki mənbə belə deyib: "Biz silahlanma və müharibə strategiyasında indiyə qədər olduğu kimi davam etsək uduzacağıq”.

Toplantıda Azərbaycanın Ermənistan üzərində qazandığı qələbədə xüsusən döyüş pilotsuz aparatlarının rolu araşdırılıb. Görüntülər tək-tək təhlil edilərək Azərbaycan ordusunun düşmənin yüzlərlə tankını, zirehli texnikasını, hərəkətdə olan və stasionar hərbi hədəflərini, canlı qüvvəsini necə məhv etdiyinə dair videolar izlənilib.

Məlumatda deyilir ki, bu toplantının ardınca NATO ölkələrindən ilk dəfə Almaniya PUA-ların raketlərlə silahlandırılması konsepsiyasını həyata keçirməyə başlayıb. Lakin parlamentdəki solçular hələlik bu plana müqavimət göstərir.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol