Nazirlik: Vəziyyətin gərginləşməsi haqda məlumatlar yalandır

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda vəziyyətin gərginləşməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır: “Hazırda bu istiqamətdə vəziyyət sabitdir və stabildir. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.
Qeyd edək ki, bu gün bəzi KİV-də Naxçıvanın Sədərək, Culfa və Şahbuz rayonlarında ermənilərlə şiddətli döyüşlər getməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda ermənilər Culfanın Ləkətağ yüksəkliyini ələ keçirdiyi qeyd olunur.
ANN.Az
























