“Azərbaycan bizim Elçibəydən istifadə etdi...”

Ermənistanda müxalifətin baş nazir postuna vahid namizədi (aralıq fiqur kimi), bədnam "Qarabağ” komitəsinin qurucularından biri Vazgen Manukyan baş nazir Nikol Paşinyanı Azərbaycanın keçmiş prezidenti və AXC lideri Əbülfəz Elçibəylə müqayisə edib. Virtualaz.org xəbər verir ki, RBK agentliyinə müsahibəsində Manukyan Paşinyanın Qarabağda döyüşlər gedərkən cəbhədə nə baş verdiyini yaxşı dərk edə bilmədiyini, ona görə də müharibəni vaxtında dayandırmadığını və beləliklə də əsas mövqeləri saxlamaq şansını əldən verdiyini deyib.
Vazgen Manukyan bildirib ki, birinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanda analoji vəziyyətin hökm sürməsindən istifadə edib.
Manukyan inanır ki, əgər hakimiyyətdə Serj Sərkisyan olsa idi müharibə sadəcə olaraq başlamazdı. Paşinyan isə Qarabağa dair danışıqlar prosesini pozdu.
www.anews.az
"Rəngli inqilablar dalğasında hakimiyyətdə əsasən bacarıqsız, səriştəsiz adamlar gəlir və onlar hökumətə rəhbərlik etməyə hazır olmurlar. Baş nazir Nikol Paşinyan cəmiyyəti keçmişdəkilərə və indikilərə böldü, cəmiyyəti parçaladı”,-o deyib.
"1992-1994-cü illərdə bizə Azərbaycana Əbülfəz Elçibəyin rəhbərlik etməsi çox kömək elədi. O zaman hələ” rəngli inqilab” termini mövcud deyildi, amma həmin adam məhz belə baxışlara malik idi. İndi isə Azərbaycan bizdə öz Elçibəyimizin olmasından istifadə etdi”,-keçmiş baş nazir və müdafiə naziri belə deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























