“Əsas məsələ rusların Laçın dəhlizindən keçidlərə icazə verməsindəki roludur”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfəri sonrası ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Müsahibə zamanı Qarabağda Rusiya sülhməramlı əsgərlərinin sayının bəyanatda nəzərdə tutulandan daha çox olduğuna dair iddiaların olması ilə bağlı sualı Çavuşoğlu belə cavablandırıb.
"Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ rusların Laçın dəhlizindən keçidlərə icazə verməsindəki roludur. Ancaq bunun üçün Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycanın ərazisidir. Sabah hər hansı bir status-kvo təyin olunsa belə, yenə də Azərbaycanın sərhədləri daxilində olacaqdır. Ona görə də bunları Azərbaycanın icazəsi olmadan etməməlidir. "Siz bir sülhməramlı olaraq varsınız, kimin gəlib- gedəcəyinə qərar vermək sizin məsuliyyətiniz deyil”,- deyə onlara bildirdik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























