Ermənilər cəbhə xəttində mövqelərini möhkəmləndirir

Ermənistan ordusu cəbhə xəttində müdafiə mövqelərində möhkəmləndirmə işlərinə başlayıblar.APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, cəbhənin cənub-şərqində – Füzuli rayonunun Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur. Əsasən gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb. Azərbaycan tərəfi düşmənin cəhdlərini önləməyə çalışır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























