• $
  • €
  • ₽
  • ₺
  • £

İnam Kərimov onlayn müşavirə keçirib

İnam Kərimov onlayn müşavirə keçirib
26.01.2021 20:06
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "Şəkər çuğunduru istehsalının inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə  qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.
 
Onlayn müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Nazirlikdən Anews.az-a bildirilib ki,  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sahənin inkişafı, o cümlədən şəkər çuğunduru istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Görülən tədbirlər nəticəsində 2020-ci ildə şəkər çuğunduru istehsalında yüksək məhsuldarlığa nail olunub.

Müşavirədə bu il şəkər çuğunduru istehsalına hazırlıq və qarşıda duran vəzifələr, bu sahənin inkişafı, hədəflər və perspektivlər müzakirə edilib. Həmçinin, Ölkə Prezidenti tərəfindən verilən tapşırığa uyğun olaraq işğaldan azad olunmuş rayonlarda bu sahənin inkişafı ilə bağlı müzakirələr aparılıb. 

Eyni zamanda, müşavirədə mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol