• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda bu tarixdə yeni müharibə olacaq - Rus ekspert AÇIQLADI

Qarabağda bu tarixdə yeni müharibə olacaq - Rus ekspert AÇIQLADI
27.01.2021 14:41
Rusiyalı hərbi ekspert Aleksey Xlopotovun Axar.az-a müsahibəsi:

- Azərbaycan Qarabağdakı 44 günlük müharibədən qalib çıxdı və torpaqlarını işğaldan azad etdi. Əsas missiya artıq başa çatıbsa, eyni həcmdə silah almağa və ordunu gücləndirməyə davam etmək lazımdırmı?

- Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmaq üçün əsas missiyasının başa çatdığına dair ifadələrin yanlış olduğunu düşünürəm. Əslində, problem hələ tam həllini tapmayıb.

Əlbəttə ki, Qarabağdakı erməni separatçılarını "dişlərinə” kimi yenidən silahlandırmaq işə yaramayacaq. Ancaq bu və ya digər şəkildə Ermənistan nəticə çıxarıb və sülhməramlı missiyanın səlahiyyət müddəti ərzində hərbi potensialını bərpa edəcək.
Məğlubiyyətdən dərhal sonra yüksək səslə səslənən revanşist fikirlər bir qədər səngisə də, qalmaqdadır. İrəvanda hakimiyyətə kim gəlir-gəlsin, o, 1990-cı illərdə işğal edilən ərazilərin 2020-ci ildə itirilməsini qəbul etməyəcək.
Beləliklə, artıq Cənubi Qafqazda daha bir müharibə proqramlaşdırılıb və bu, qaçılmazdır. Sözügedən müharibənin həqiqi başlanğıc tarixi müqavilənin 5 illik müddətindən sonra və ya daha erkən ola bilər.

- Prezident Vladimir Putinin münaqişənin həllində iştirakı bir çox mütəxəssisin fikrincə, Rusiyanın mövqeyini gücləndirib. Və ABŞ arxa planda qalıb. Baydenin hakimiyyətə gəlməsi ilə nə dəyişəcək?

- Rusiyanın mövqeyinin güclənməsi real faktlardan daha çox, görüntü xarakterlidir. Gələcəkdə Rusiyanın təsiri azalmağa davam edəcək. Ermənilər bundan mütləq istifadə edərək, Rusiyadan silah tələb edəcək.
ABŞ-a gəlincə, Trampın seçkiqabağı təlaşı və ümumiyyətlə, təmkinli siyasəti Birləşmiş Ştatların vəziyyətə müdaxilə etməməsini təmin etdi. Sadəcə olaraq, ABŞ Ermənistan və Azərbaycanın hayında deyildi.
İndi demokrat Bayden və ya onun demokratik "varisi” dövründə ABŞ-ın Qafqaz bölgəsindəki təsirinin güclənəcəyini təxmin etmək mümkündür. Eyni zamanda "erməni kartı”nın oynanılması da istisna deyil.
İsrail, Türkiyə, Azərbaycan və Pakistanın Böyük Britaniya ilə ortaq maraqlarının birləşdirilməsi yeni ABŞ rəhbərliyi tərəfindən güclü birlik kimi qəbul edilə bilər. Bu vəziyyətdə onu zəiflətmək üçün təbii istək yaranacaq. Azərbaycan "mərkəzi halqa”dır və bu halqanı sıradan çıxararaq, bütün konfiqurasiyanı dağıtmaq mümkündür. Buna görə də yaxın dövrdə ABŞ-ın Ermənistana hərbi və siyasi yardımı tamamilə realdır.

- Yəni "hərbi inşaat” davam etməlidir?

- Azərbaycan öz qələbəsi ilə sübut etdi ki, diplomatik institutlar artıq fəaliyyət göstərmir. Problemlər getdikcə hərbi gücün köməyi ilə həll olunmağa başlayır.
 
Mənzərə ürəkaçan olmasa da, bu belədir. Bəs bu cür şəraitdə hərbi inkişafdan necə vaz keçmək olar?

Paradoks budur ki, Ermənistanı məğlub edən Azərbaycan hazırda daha ciddi xərclər çəkmək məcburiyyətində qalır. Rəsmi Bakının əsas vəzifəsi infrastrukturun bərpası və azad edilmiş ərazilərin abadlaşdırılmasıdır. Çox bahalıdır, lakin ən azından müsbət sivilizasiyalı missiyanı açıq şəkildə nümayiş etdirmək vacibdir. Digər tərəfdən, Qarabağdakı hərbi hücumun dayandırılması və atəşkəs razılaşmasının imzalanması böyük ölçüdə məcburi bir tədbir idi. İntensiv hərbi kampaniya zamanı tərəflərin resursları tükənmə həddində idi. İndi onları ən azından bərpa etmək lazımdır, çoxaltmaq isə daha yaxşı olardı.
Yenə də təkrar edirəm, müasir dünyada yalnız güclülərlə hesablaşırlar. Beləliklə, Azərbaycan ikiqat yükə - milli iqtisadiyyatın və hərbi potensialın bərpasına tab gətirməli olacaq.

- Sizcə, hansı xüsusi silah növlərinə üstünlük verilməlidir?

- Təəssüf ki, ən müasir nümunələr olsa belə, fərdi nümunələrin alınması vazkeçilməzdir. Texnologiyalar və nou-hau əldə etmək, öz milli hərbi-sənaye kompleksini inkişaf etdirmək lazımdır. Azərbaycan hökuməti neçə ildir ki, bu istiqamətdə səy göstərir. Uğurlar var, lakin bunlar hələ də kifayət deyil.
Hazırda Azərbaycan özünün atıcı silah istehsalına və döyüş sursatlarının bir hissəsinə sahibdir. Bununla birlikdə, ölkə hələ bütün çeşidləri istehsal etmir. Xüsusilə artilleriya və aviasiya çeşidləri. Tamamilə yüksək texnoloji sistemlərin və silah sistemlərinin istehsalı yoxdur. Eynilə də pilotsuz təyyarələrin və zirehli maşınların istehsalı ilə öyünmək olmaz. Ancaq rəhbərliyin lazımi diqqəti və səyləri ilə Azərbaycan bir çox istiqamətlərdə özünü təmin edə bilər.
Üstəlik, silah ixracının təşkili ordunun döyüş qabiliyyətini bərpa etmək baxımından dövlət büdcəsindəki yükü azaltmaq üçün həqiqi bir yoldur. Təbii ki, effektivliyini sübut etmiş silah sistemlərinin inkişafı və istehsalına sərmayə qoyulmalıdır. Xüsusilə, pilotsuz təyyarələrdən bəhs etmək olar.

Məsələn, texnologiyalarını Azərbaycana köçürməyə, ölkə üçün yeni bir sənayenin qurulmasında və inkişafında kömək etməyə hazır olan bu cür sistemlərin istehsalçısını tanıyıram. Üstəlik, rəsmi Bakı üçün çox əlverişli şərtlərlə razılığa gəlmək olar. Söhbət ikili təyinatlı helikopterlərin və ağır helikopter tipli PUA istehsalından gedir.

Lazım gələrsə, nanomateriallara əsaslanan ultramodern gülləkeçirməz zireh də tədarük edilə bilər. Müvafiq olaraq, Azərbaycan həm daxili istehlak, həm də ixrac üçün mülki, ümumi təyinatlı, patrul, polis, kəşfiyyat və hücum helikopterləri, hava müdafiəsi, tank əleyhinə və hətta gəmi və ya sualtı qayıq əleyhinə PUA istehsal edə, həm də Türkiyə, Pakistan, İranın PUA-ları üçün mühərriklər göndərə bilər. Perspektiv çox genişdir.

Əgər maraqlıdırsa, kimlə və harada əlaqə quracağınızı deyə bilərəm. Üstəlik, ötən ilin noyabrından etibarən Rusiya Müdafiə Nazirliyi bu istiqamətdə və Rusiya mətbuatının dediyi kimi, yalnız Qarabağdakı müharibə təcrübəsinin təsiri altında inkişaf işləri başlatdı. Və bu yalnız bir istiqamətdir. Biz həm də artilleriya, zirehli texnika, rabitə, sursat modernləşdirilməsindən danışa bilərik. Bu yolu izləmək lazımdır. Bəli, xaricdən silah alışı tez bir zamanda həyata keçirilə bilər, amma bu, kritik bir anda tələb olunan çox böyük vəsaitdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol