Bu gün Türkiyədə Qarabağ məsələsi müzakirə olunacaq

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Bu il ilk dəfə keçirilən toplantıya ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
İclasda Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin formalaşdırılması və gələcək fəaliyyəti məsələsi də müzakirə olunacaq.
Bundan başqa, toplantının gündəliyinə PKK terrorçularının İraqdakı fəaliyyəti və buna qarşı atılacaq addımlar, Suriya və Liviyadakı son durum, Türkiyə və Yunanıstan rəsmiləri arasındakı görüşlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri mövzuları salınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























