Rusiya-Türkiyə Monitorinq Mərkəzi yanvarın 30-da açılacaq

Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarət üzrə Rusiya-Türkiyə Monitorinq Mərkəzi yanvarın 30-da Ağdam rayonunda fəaliyyətə başlayacaq. Bu barədə yanvarın 29-da RİA Novosti agentliyi məlumatlı mənbəyə istinadən bildirib.
Bu cür Mərkəzin yaradılması haqda qərar Rusiya, Azərbaycan və Ermənistan arasında 10 noyabr tarixli üçtərəfli sazişlə razılaşdırılıb.
Mərkəzin işində məqsəd erməni silahlı qüvvələrinin Qarabağdan və ətraf ərazilərdən çıxarılmasına dair üçtərəfli sazişin müddəalarının yerinə yetirilməsini təmin etməkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























