Dövlət Sərhəd Xidməti məhkəməyə verildi

Azərbaycanda Sərhəd Təhlükəsizlik Sistemləri və Aviasiya Təhlükəsizliyi xidməti göstərən şirkət Dövlət Sərhəd Xidmətini məhkəməyə verib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, "Palladium Defense and Security Solutions” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddia qaldırıb.
Hazırda işə Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılır.
Yanvarın 29-da hazırlıq iclası keçirilib, baxış iclası martın 1-nə təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























