• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov: "Müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatıb"

Zakir Həsənov: "Müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatıb"
30.01.2021 15:25
2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusu, Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks hücum həyata keçirib. Ali Baş Komandanın rəhbərliyində 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi  və ərazi bütövlüyünün bərpası ilə başa çatıb”, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində çıxışında deyib.


Nazir bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş naziri arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış  üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub: "Türkiyə Respublikasının və Rusiya Federasiyasının  hərb siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub. Türkiyə və Rusiya arasında 11 noyabr 2020-ci il tarixində imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edir”.


Z. Həsənov qeyd edib ki, mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək: "Eyni zamanda əminik ki, Mərkəzdə bizim türkiyəli və rusiyalı həmkarlarımız arasında dost və işçi münasibətləri yaranacaq. Türkiyəli və rusiyalı hərbi qulluqçular Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin açılışı münasibəti ilə təbrik edir, onlara xidməti döyüş fəaliyyətlərində uğurlar arzu edirəm”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol