“ABŞ-ın Rusiyanın daxili işlərinə kobud müdaxiləsi sübut edilmiş faktdır” - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamenti və ABŞ-ın Moskvadakı səfirliyindən Rusiyanın daxili işlərinə müdaxiləni dayandırmağı tələb edir.
Anews.az "TASS”a istinadən bildirir ki, bu barədə XİN feysbuk səhifəsində yazıb.
"ABŞ-ın Rusiyanın daxili işlərinə kobud müdaxiləsi Vaşinqtonun nəzarətində olan internet-platformalar tərəfindən feyklərin "raskrutkası” və icazəsiz aksiyalara çağırışlar kimi sübut edilmiş faktdır. ABŞ-ın Dövlət katibi Entoni Blinken tərəfindən qanunun pozulmasının dəstəklənməsi Vaşinqtonun pərdəarxası rolunun daha bir təsdiqidir. Şübhə yoxdur ki, etirazların təşviqinə yönələn hərəkətlər Rusiyanın qarşısının alınması strategiyasının bir hissəsidir”, - XİN-də qeyd ediblər.
"Dövlət Departamenti RAND Corp. analitik mərkəzinin 2019-cu ildə təklif etdiyi proqramı açıq şəkildə istifadə edir. Kədərlidir ki, bu doktrinanın həyata keçirilməsi üçün "yüksək qiymət və risklər” haqqında xəbərdarlığı qaçırıblar”, - paylaşımda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























