Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil ediləcək - Sərəncam

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.
Anews.az xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilir.
Nazirlər Kabineti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görməlidir, maliyyə təminatı Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etməlidir, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























