Sarkisyan Rusiya səfir ilə görüşdü - Qarabağ müzakirə olundu

Ermənistanın üçüncü prezidenti, Respublika partiyasının lideri Serj Sarkisyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb.
Anews.az xəbər verir ki, bu barədə partiya sədrinin müavini Armen Aşotyan "Facebook” səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, Rusiya tərəfinin təşəbbüsü ilə 3 fevral tarixində baş tutmuş görüşdə Dağlıq Qarabağdakı müharibənin nəticələri geniş müzakirə olunub.
"Sarkisyan Rusiya tərəfinə atəşkəsin qorunması və Dağlıq Qarabağdakı humanitar problemlərin həlli istiqamətindəki ardıcıl səylərinə görə təşəkkür edib. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu istiqamətdə fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıb. Səfirin istəyi ilə Sarkisyan daxili siyasi vəziyyət, bölgədəki yeni geosiyasi reallıqlara da toxunub", - deyə açıqlamada qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























