• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq sosial şəbəkədə yalan məlumat yayan qadına xəbərdarlıq edib

Baş Prokurorluq sosial şəbəkədə yalan məlumat yayan qadına xəbərdarlıq edib
05.02.2021 12:57
Baş Prokurorluq məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Anews.az-a daxil olan məlumatda deyilir:

"Vətən Müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayiş etdirilməsi, yayılmış informasiyaların düzgünlüyünün yoxlanılması ilə bağlı dəfələrlə tövsiyyələr verilməsinə baxmayaraq, təəssüf ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə məlumatın dəqiqliyi yoxlanılmadan informasiyaların ictimailəşdirilməsi hallarına rast gəlinir.

Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Rüstəmova Əfsanə Süleyman qızının "facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə iki övladının Vətən müharibəsində itkin düşdüyünü bildirən Rəna Kazımova adlı qadının videogörüntülərini ictimailəşdirməsi, övladlarından xəbər ala bilmədiyini diqqətə çatdıran həmin qadına köməklik göstərilməsi ilə bağlı çağırış etməsi müəyyən edilmişdir.
Əfsanə Rüstəmova tərəfindən yerləşdirilən məlumatlar yoxlanılarkən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının və inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinin pozulması aşkar edilib.

Qeyd edilənlərlə əlaqədar Əfsanə Rüstəmova Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ictimai rəyi çaşdırmaq, sensasiya naminə dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi güdməklə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən yaranmış hazırkı həssas vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunmaqla bir daha nəzərə çatdırılır ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol