• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA yay sessiyasının gündəliyi açıqlandı

AŞPA yay sessiyasının gündəliyi açıqlandı
29.05.2020 00:25
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-27-də keçiriləcək yay sessiyasının gündəliyi açıqlanıb.İyunun 23-də öz ilk iş gününə başlayacaq sessiyanın yığıncağında AŞPA sədri yaz sessiyasından ötən dövr ərzində rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə hesabat verəcək, gündəlik təsdiq olunacaq, büro və daimi komitənin fəaliyyəti müzakirə ediləcək, Ukraynada prezident, Makedoniyada prezident və parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Azərbaycanın xarici işlər naziri qurumun gördüyü işlərdən danışacaqdır.İyunun 24-də Avropa Şurası baş katibinin və İnsan Haqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, avropalı deputatlar gizli yolla kütləvi şəkildə İtaliya sahillərinə çıxan miqrantların vəziyyəti, Avropa Parlamentində islahatlar məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.Sonrakı günlərdə Qərbi Saxara münaqişəsinə dair qətnamə, mədəniyyətlərarası cəmiyyətlərdə müxtəliflik və eynilik, ən yaxşı Avropa demokratiyasına doğru, Avropa Şurası İnkişaf Bankının hesabatı, Avropa administrasiyasında dəyişikliklər, Avropa Məhkəməsinin müstəqilliyinin möhkəmləndirilməsi və digər məsələlər müzakirə ediləcəkdir.Sessiya çərçivəsində Birinci Dünya müharibəsinin 100 illiyi ilə bağlı mərasimin də keçirilməsi nəzərdə tutulur.//AzərTAc
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol