Bakı təmsilçisi Qarabağ separatçılarının lideri ilə görüşüb

Fevralın 12-də Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradovun vasitəçiliyi ilə Bakının Dağlıq Qarabağdakı rəsmi nümayəndəsi ilə separatçıların lideri Arayik Arutyunyan arasında görüş keçirildi.
Arutyunyanın mətbuat katibi bu barədə rəsmi Bakının təmsilçisinin adını və iclasın konkret yerini göstərmədən məlumat verib. Eyni mənbədən verilən məlumata görə, iclasda Qarabağ Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyan da iştirak edib.
Görüş zamanı əsirlərın azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı və digər humanitar məsələlər müzakirə edildi. Ermənistan tərəfi bildirir ki, 1990-cı illər müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələləri də müzakirə etdilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























