Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü olub

Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı başa çatdıqdan sonra Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü olub.APA-nın məlumatına görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirilib. İlham Əliyev, Abdulla Gül və Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında müxtəlif səviyyəli görüşlərin əhəmiyyəti vurğulayıblar, qarşılıqlı əlaqələrin regional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd ediblər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























