• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Aİ ölkələrinin respublikamızdakı səfirləri ilə görüşdü

Ceyhun Bayramov Aİ ölkələrinin respublikamızdakı səfirləri ilə görüşdü
19.02.2021 22:11
Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Anews.az a verilən məlumata görə, görüşdə C.Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə məlumat verib. Bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də yeni əməkdaşlıq imkanlarından bəhs olunub. C.Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən bu razılaşmaya tamamilə zidd olaraq, işğaldan azad olunmuş ərazilərə terrorçu diversant qrupunun göndərildiyini Aİ səfirlərinin diqqətinə çatdırıb və bu cinayət tərkibli əməllərin yolverilməzliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropada coğrafiyasının genişləndirilməsi imkanları, habelə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və bu münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqlara dair ətraflı məlumat verib.

Aİ-nin Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas təqdim edilən məlumatlara görə təşəkkür edərək, bu formatda dialoqun gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildirib. O, ikitərəfli münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilməsi, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini qeyd edib. Aİ-nin münaqişədən əziyyət çəkən insanlara humanitar yardımına istinad edən səfir İttifaqın münaqişə sonrası prosesdə oynaya biləcəyi rolu barədə ətraflı müzakirələrin aparılmasının önəmini vurğulayıb.

Sonra C.Bayramov Aİ səfirlərinin çoxsaylı suallarını cavablandırıb

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol