• $
  • €
  • ₽
  • ₺
  • £

Binəli Yıldırım: “Qarabağdakı qələbənin gözlə görünməyən arxa planları var”

Binəli Yıldırım: “Qarabağdakı qələbənin gözlə görünməyən arxa planları var”
20.02.2021 13:32
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin gözlə görünməyən arxa planları var.

Bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım "Milli Məclis” jurnalına müsahibəsində deyib.

"Odur ki, kimsənin qalxıb "bu zonada qəfil bir münaqişə başladı, Azərbaycan ordusu da öhdəsindən gəldi’’, - söyləməsi doğru olmazdı”, - deyən B.Yıldırım əlavə edib ki, geriyə baxaraq, ən azı 5-10 illik hazırlıq prosesini, doğru strateji qərarları sezmək önəmlidir.

O qeyd edib ki, bu dövrdə Azərbaycan əsgərləri güclü təlimlər keçdilər və ordu möhtəşəm şəkildə təchiz edildi.

"Ermənistanla bu qarşıdurma əlbəttə ki, bir gün olacaqdı. Bax, bu günə ciddi hazırlaşan Ali Baş Komandan İlham Əliyev atasına da verdiyi sözə sadiq qalaraq kifayət qədər gənc yaşından Azərbaycanın çətin idarəetmə məsuliyyətinin, onu mütləq qələbəyə aparacaq doğru yolun özülünün qoyulması yükünün altına çəkinmədən girdi. Ermənistan Qarabağdan qopduğunun fərqinə varınca, cəbhəni genişləndirmək, müharibəni Qarabağ müstəvisindən çıxarmaq üçün nələr etmədi!? Tərtər, Gəncə, Ağdam və digər məntəqələrə raket zərbələri endirildi, amma İlham Əliyev bunların bir oyun olduğunu bilərək, səbirli davrandı, müdrik qərarlar verdi və bunun müsbət nəticə verəcəyinə əmin oldu. Gedişat isə məhz belə oldu”.

Eks-baş nazir bildirib ki, Türkiyə bu gedişatı narahatlıqla izləyirdi, çünki Azərbaycanın bəzi ictimai dairələrində də ermənilərə onların tərzində cavab vermək istiqamətində qəzəb formalaşmışdı.

"Lakin İlham Əliyev bu təhlükələrə qarşı çox ağıllı və həssas mövqe sərgiləyərək, Qarabağ savaşının Azərbaycanla Ermənistan arasında total müharibəyə çevrilməsinə əsla icazə verməyəcəyini açıqca söylədi və bu yöndə əlindən gələni etdi. Bildiyiniz kimi, Ermənistan bu arada böyük oyunlar oynadı, istər Rusiyanı, istər Avropanı və Birləşmiş Millətlər Təşkilatını bu münaqişəyə cəlb etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını işə salmaq üçün xeyli səylər göstərdi, lakin onların heç biri nəticə vermədi”, - deyə B.Yıldırım söyləyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol