• $
  • €
  • ₽
  • ₺
  • £

“Putin də deyir ki, Paşinyan onun sözlərinə qulaq asmayıb”

“Putin də deyir ki, Paşinyan onun sözlərinə qulaq asmayıb”
26.02.2021 12:41
"Ermənistan tərəfi ilk gündən mənim sözümə qulaq assaydı, bu dərəcədə alçaldıcı məğlub olmazdı və itkilərin sayı bu qədər olmazdı”.

Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfi Rusiya Prezidenti Vladimir Putinin də sözlərinə qulaq asmadı: "Müharibə zamanı biz Prezident Putinlə həmişə təmasdaydıq. Ermənistan baş naziri ilə müharibədə birbaşa təmasımız olmayıb, nə də indi var. 

Amma Prezident Putin vasitəsilə bir-birimizə müxtəlif mesajlar göndərirdik. Putin də bunu deyir ki, Ermənistan baş naziri onun sözlərinə qulaq asmayıb. O məcbur oldu hardasa qaranlıq otaqda kapitulyasiya aktı imzaladı. 

Burada hər şey Ermənistan rəhbərliyinin hansı mövqe tutmasından asılıdır. Bizim siyasətimiz aydındır: biz sülhə yönəlmişik. Bizə müharibə lazım deyil, bu, məcburi bir tədbir idi. Bu tədbir çox uzun, 30 il sürən faydasız vasitədən daha səmərəli idi. 

Biz hər şeyi diqqətlə izləyəcəyik. Hər şey istədiyimiz kimi getsə, müəyyən bir mərhələdə sülh sazişi də imzalaya bilərik. De-fakto 10 noyabr bəyanatı əslində elə sülh razılaşmasdıdır. Bir ölkə o biri ölkənin üzərində qələbə qazanır, bir tərəf kapitulyasiya aktı imzalayır. 10 noyabrda imzalanan sənəd Ermənistanın kapitulyasiyası deməkdir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol