• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni qoşun növü yaradılır - Türk general açıqladı

Azərbaycanda yeni qoşun növü yaradılır - Türk general açıqladı
06.03.2021 10:19
Azərbaycanla Türkiyə arasında ordu quruculuğu istiqamətindəki iş birliyi daha da artacaq və Quru qoşunları yaradılacaqdır. Bunu Milli.Az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib. 

"Artıq Azərbaycan Silahlı Qüvvələrində də bir Quru Qoşunları yaradılacaq. Bu istiqamətdə əməli-praktiki işlər aparılır. Bu mövzu ilə bağlı da əsl səbəb buradan qaynaqlanır: II Qarabağ müharibəsində qoşunların necə işlədiyi məlum oldu. Bu müharibədən böyük nəticə çıxarıldı, təcrübə əldə edildi. Bu təcrübələr nəticəsində həm çıxarılan müsbət nəticə var, bəzi də düzəldilməsi lazım olan məsələlər. Hər bir silahlı qüvvələr bu işi görər. Hər böyük fəaliyyətdən sonra biz harada düz etdik, harada səhv etdik məsələsi oturulub müzakirə edilər. Bu da nəyinsə səhv edildiyinə görə yox, daha yaxşı olması üçündür. Buna görə də Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələri kimi, onun bənzəri şəklində təşkil edilməsi qərarı verildi. Bu, əslində çox vacib məsələdir. Çünki bu günə qədər Azərbaycan Silahlı Qüvvələrində Rusiya və Türkiyə təsiri bərabər səviyyədə görünürdü. Bu iki ölkənin ordu quruculuğu arasında bir seçim edilmiş oldu. Yəni biz Türkiyə kimi ordu quraq, yoxsa Rusiya kimi?! II Qarabağ müharibəsinin nəticələri göstərdi ki, Türkiyə ordusu modelində ordu qurmaqda fayda var. Buna görə də belə bir qərar verild", - deyə Kandemir vurğulayıb.  


O, həmçinin çox böyük dəyişikliyin olmayacağını deyib. " Onsuz da Türkiyə SQ-si ilə Azərbaycan SQ-si 1993-cü ildən bəri birlikdə çalışırlar. Bir çox türk zabiti gəldi Azərbaycanda təhsil verdi. Azərbaycanlı zabitlər gedib Türkiyədə təhsil aldırlar. Ona görə də iki ordu bir-birini yaxından tanıyır. Bunun üçün də Türkiyə SQ-nin sisteminə keçidin bir narahatlığı olmayacaq".


Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün təşkil edilən mətbuat konfransında "Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmində olduğunu və  bu sahədə əməli-praktiki işlərə start verildiyini demişdi. 








www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol