Spiker Mehriban Əliyevanı təbrik etdi

Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanı YAP-ın birinci müavini olması münasibətilə təbrik etdi.
"Qarabağ münaqişəsinin həlli ilə ölkəmizdə və bölgəmizdə yeni geosiyasi reallıq yaranıb. Qurultayda bir sıra mühüm qərarlar qəbul edilib. Partiyamızın yeni nizamnaməsinə uyğun olaraq, Mehriban Əliyeva YAP Sədrinin Birinci müavini təyin edilib. Bütün həmfikirlərim adından Mehriban xanımı təbrik edirəm. Əminəm ki, YAP üzvləri partiyamızın Sədrinin gördüyü yeni quruculuq işlərini dəstəkləmək üçün onun ətrafında sıx birləşəcək” - deyə əlavə edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























